Buz gözəlləşdirir


Buzun cildinizi gözəlləşdirdiyini və hətta 16-cı yüzillikdə belə, dəriyə qulluq vasitəsi kimi istifadə edildiyini bilirdinizmi?

16-cı yüzillikdə Fransız kralı II Henrinin sevimlisi Diana de Poitiers təkrarsız gözəlliyinin sirlərindən biri olaraq buzdan istifadə edib.

Buz cildin gənc qalmasını təmin edir. Poitiers kraldan 20 yaş böyük olmasına rəğmən, məhz buz sayəsində daha gənc görünməyi bacarıb.

Bəs buz niyə gəncləşdirir?
Buz dəri metabolizmini və qan dövranını sürətləndirir. Təbii olaraq dərini təmizləyir və nəmləndirir. Qısa müddətdə cildin elastikliyini artırır, hamar edir və yaşlanmanın təsirlərini azaldaraq təbii bir parlaqlıq qazandırır.
Davamı →

Yaşla bağlı və vaxtsız yaranan qırışların həlli

                           

Vaxtından öncə və yaş artıqca onlarla bərabər sayda artan qırışları düzgün qidalanma və təbii vasitələrlə qırışları gecikdirmək olar.

Vitaminlərin antioksidant təsirləri, xüsusilə düzgün qidalanmaqla dərizinə xeyli yaxşı təsiredici gücü var. Vitaminlər dəri sağlamlığı, qırışların qarşısının alınması və ya əmələ gəlməsini əngəlləyən xassələrə malikdirlər.

A, C, D, E vitaminlərinin çatışmazlığı isə dərinin cansız, quru və ya həddindən artıq yağlı olmasına səbəb olur.


Ardı →

Sellulitlərinizdən evdə də qurtula bilərsiniz

Yay başlayıb. Qış boyunca gözə çarpmayan sellulitlərinizi yayda gizlətmək o qədər də asan deyildir. Bəs, onlardan necə qurtulmaq olar? 

İlk öncə deta artıq çəkinizdən qurtulmalisiniz. Gündə ən azı 1,5-2 litr su içilməlidir. Ən sağlam,sizə lazım olan sular: su, adaçayı, ot çayları, suyu sıxılmış meyvə suları və ayran sizin üçün daha faydalı ola bilər. 
Kola və meyvə suyu kimi konsevrləşdirilmiş içkilərdən az içmək lazımdır. Içməsəniz daha yaxşı olar. 
Turşu, sirkə, duzlu içkilərdən (əsas da duzlu ayran) heç vaxt içilməməlidir. Xəmirdan hazırlanan şirniyyatlar, şokolad, kakaolu fındıqlı şirniyyatlardan, biskvitlərdən uzaq durmaq lazımdır.
Sellulitlərinizdən qurtulmaq üçün ilk öncə yağlı yeməklərinizi azaltmalısız. Gündə 60 qramdan çox yağ yeməməlisini.
Ət olaraq yağsız toyuq əti, balıq və dəniz məhsulları yeyə bilərsiniz. (yağı az olmaq şərti ilə) 
Ətlərin yanında qaynadılmış tərəvəzlər də yeyə bilərsiniz. 

Dəriyə xaricdən qulluq: bədəninizi  yaxşıca kisələyin. 

Sonra bir stəkan dəniz duzunu kasaya tökün digər kasaya da duru yağ tökün və əliniz yağa, sonra da dəniz duzuna batırıb sellulitli bölgələrinizi yaxşıca ovun.

Bitirdikdən sonra yenidən duşun altına girin. Duşa girib qurtardıqdan sonra sellulit olan bölgənizə limon suyu sürtün. Həftədə 2 -3 dəfə bunu etsəniz faydasını görərsiniz. 

Bununla yanaşı sellulit kremlərindən də istifadə etməyi unutmayın.

 


Davamı →

Yorğun dəri üçün maska

Yorğun dərini özünə gətirmək və təravət bəxş etmək üçün ən asan maska reseptini təqdim edirik. 

Çirkli hava şəraitindən, yaxud stressdən dolayı dəri yaşlanır. Bəs dərini cavanlaşdırmaq və parlaq etmək üçün nə etmək lazımdır? 

Bunun üçün bir çay qaşığı yaş mayanı bir çay qaşığı nar suyu ilə qarışdırın. Bu qarışığı hər gün dəriyə çəkin.

10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxalayın. Həmçinin hər gün bir parça buzu üzünüzdə gəzdirin. Yaxşı olar ki, buzu hər səhər yuxudan duranda tətbiq edəsiniz.
Davamı →

Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.

Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.

Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:

1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.
Ardı →

Dərinin dərin təmizlənməsi

buxar vannasıDərinin dərin təmizlənməsi — bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir.

Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır!


Ardı →

Qış fəslində dəriyə qulluq

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində «qoruyucu» («защитный») və «qış üçün» («зимний») qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.


Ardı →

Pilinq

Dəri soyma deyə də adlandırılan pilinq müxtəlif üsullarla dərinin üzdən ya da dərin olaraq soyulmasıyla tətbiq olunur.

Dəri səthindəki ziyanlı təbəqə qaldırılır və altdakı ziyansız təbəqə canlandırılır. Qadınların əsas 8 səbəblə pilinq etdirdikləri məlum olub:

— İncə qırışların aradan qaldırılması.

— Qalın qırışların incəldilməsi.

— Ləkə azaldılması.

— Dəriyə canlılıq qazandırılması.

— Parlaq bir dəri yaradılması.

— Dərinin toxumasının yumuşaldılması.

— Sızanaq və sızanaq izlərinin yüngülləşdirilməsi.

— Dəridə meydana gəlmiş bəzi qızartı və qabıqlanmaların müalicəsi.

Qadinlara 4 pilinq variantı təqdim edilir.

Tətbiqin edildiyi üsula görə dəri soyma əməliyyatlarında əsas 4 üsul istifadə edilir.


Ardı →

Gözətrafına qulluq

Göz ətrafının dərisi nazik, həssas və ən zəif yerdir. Əlbəttə ki, strukturu digər sahələrdə olan dəridən fərqlənməsə də, göz qapaqları dərisinin altında praktiki olaraq əzələ və piy toxuması yoxdur. Məhz buna görə o daha çox gərilmə qabiliyyətinə malikdir. Bundan savayı, gözətrafı sahənin dərisi gün ərzində daimi olaraq yüklənmiş olur – mimiki hərəkətlər, gözlərin qırpılması. Buna görə də ilk dəri qırışları məhz bu sahədə yaranmış olur.

Üzün digər sahələri kimi, gözətrafı sahələrdə də dəri qırışlarının yaranmasının qarşısını tam şəkildə almaq mümkün deyil. Çünki bu, dərinin təbii qocalma prosesidir. Ancaq dərinin cavanlığını və təravətliliyini daha uzun müddət ərzində saxlamaq mümkündür. Göz ətrafında erkən dəri qırışlarının yaranmasında irsi amil, qadınların bir sıra xəstəlikləri (allergiya, ürək, böyrək, endokrin sistemi xəstəlikləri və s.), günəş şüaları, siqaret çəkilməsi, streslər, yuxusuzluq və s. bu kimi faktorlar əsas rol oynayır.

Gözətrafı sahənin dərisi heç də ona həddən artıq aktiv şəkildə təsir göstərilməsini “sevmir”. Ona görə də gözlərinizi ovuşdurmayın və ümumiyyətlə, müvafiq vacib tələbat olmadan bu sahəyə (ümumiyyətlə, üz nahiyəsinə) toxunmayın. Gözətrafı sahənin dərisində erkən qırışların əmələ gəlməsi səbəblərindən biri də gözlərin daha çox yüklənməsi ilə əlaqəli iş şəraitinin (kompüterdə işləmək, kargüzarlıq və s.) olmasıdır.


Ardı →

Lavanda maskası

Qırışlardan və sızanaqlardan xilas olmağın ən təbii yolunu öyrənmək istəyirsiniz? Türkiyənin tanınmış mütəəxssisi Ender Saraç, evdə rahat hazırlanan lavanda maskasının tərkibi deyib. 

Ərzaqlar: lavanda
1 stəkan portağaı suyu 
1 stəkan lavanda gülü 
2 dilim qabıqsız xiyar 
1 yumurta sarısı 
Qarğıdalı unu 
Təmiz bal 

Hazırlanması: 
Lavanda çiçəklərini və portağal suyunu bir qabda qarışdırın. Yaxşıca əzilmiş və qabığı soyulmuş xiyarı da onun üzərinə əlavə edin. Digər ərzaqları da üzərinə əlavə edin və macun halına gələnə qədər qarışdırın. Soyuducuda 3 saat gözləyin. 
Ardı →